Goranboy və Latviyanın Valka şəhərləri qardaşlaşır!
Latviya Respublikasının Valka şəhəri ilə Goranboy şəhəri qardaşlaşır.
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir.
Bu məqsədlə, Latviya Respublikasının Valka şəhərinin meri cənab Armands Krauklis 6 nəfərlik nümayəndə heyəti ilə birgə, 07 oktyabr 2019-cu il tarixdə Goranboy rayonuna 3 günlük səfərə gəlmişlər.Bununla əlaqədar olaraq, Latviya Respublukasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Daynis Qarançs da, öz xanımı ilə birgə, rayona səfərə gəlmişdir.
Qonaqları rayon İcra Hakimiyyəti binasının önündə qarşılayan İcra Başçısı cənab Məhərrəm Quliyev öncə onları rəsmi iş otağına dəvət etdi və çay süfrəsi arxasında rəsmi – işgüzar söhbət aparıldı.
Səmimi rəsmi – işgüzar söhbətdən sonra İcra Başçısı qonaqlarla birgə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini tər güllərlə ziyarət etmiş, daha sonra Heydər Əliyev Mərkəzi və Dövlət Bayrağı muzeyində olan qonaqlara Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti, o cümlədən Goranboy rayonuna səfərləri barədə geniş məlumatlar verilmişdir.
Həmçinin rayon Mədəniyyət Mərkəzində, rayon Tarix-Diyarşunaslıq Muzeyində və Şəhər Uşaq İncəsənət Məktəbində olan qonaqlara
milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz və milli mədəniyyət nümunələrimiz nümayiş etdirilmişdir.
Qonaqların səfəri davam edir