Goranboyda payız mövsümü üçün ağac əkininə başlanıldı.
05 oktyabr 2019 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “2019-cu ilin payız əkini mövsümündə bölgələrdə 650 min ağac əkilməsi” təşəbbüsünə goranboylular da həvəslə qoşulublar.
Bu məqsədlə, hazırda rayonun yolkənarı ərazilərində çalaların qazılması işi aparılır.
Ümumilikdə, Goranboy rayonunda bu payız mövsümündə, 10 mindən çox müxtəlif növ ağacların əkilməsi nəzərdə tutulmuşdur.