Goranboy rayonunda “ Müəllimlər Günü” qeyd edildi.
“ Müəllimlər Günü “ münasibəti ilə, Goranboy rayonunda tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanları və idarə, təşkilat rəhbərləri, rayon ağsaqqalları və ziyalılar iştirak etdi.
İcra başçısı cənab Məhərrəm Quliyev tədbirdə çıxış edərək Ölkədə təhsilin inkişafına dövlət dəstəyindən, Prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi uğurlu islahatlardan və Ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevanın “ Yeniləşən Azərbaycana yeni məktəb “ layihəsinin Azərbaycan təhsilinə qazandırdığı uğurlardan danışdı.
Müəllimləri bu əlamətdar gün münasibəti ilə təbrik edən İcra Başçısı təhsildə fərqlənən müəllimləri rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif etdi.