Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Goranboy rayonunda işğüzar səfərdə oldu.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev İcra Hakimiyyətində keçirilən görüşdə rayonunun tarixi, iqtisadiyyatı və mədəniyyəti barədə səfirə ətraflı məlumat verdi. Bildirildi ki, rayonda kənd təsərrüfatı, o cümlədən pambıqçılıq, taxılçılıq, tütünçülük, baramaçılıq və heyvandarlıq yüksək səviyyədə inkişaf etdirilib. Həmçinin kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradılıb. Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı. Sonra Səfir rayonumuzda fəaliyyət göstərən ən iri istehsal müəssisələrindən biri olan G-Group MMC-də oldu. Səfirə bildirildi ki, burada istehsal olunan məhsullar "Made in Azerbaijan” brendi ilə daxili bazarlarla yanaşı, xarici bazarlara da ixrac olunur.