Goranboy rayonunda Prokurorluq işçilərinin Peşə bayramı qeyd edildi.
01 oktyabr 2019-cu il tarixdə Goranboy rayon icra Hakimiyyətində Prokurorluq işçilərinin Peşə bayramı ilə bağlı tədbir keçirildi. İlk olaraq Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə tər güllər qoyuldu, dahi şəxsiyyətə ehtiram göstərildi. Sonra tədbir rayon icra Hakimiyyətində davam etdirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə təkmilləşdirilmiş və cənab Prezident İlham Əliyev tərəfindən müasir islahatlarla daha da formalaşdırılmış prokurorluq orqanlarının fəaliyyətindən söhbət açdı. Prokurorluq işçilərini Peşə bayramları münasibəti ilə təbrik edən icra başçısı onları Fəxri Fərmanlarla təltif edərək peşə fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə rayonun hüquq-mühafizə orqanları, idarə, təşkilat rəhbərləri və rayon ağsaqqalları iştirak etmişdir.