Goranboy rayonunda növbəti əmək yarmarkası keçirildi.
28 sentyabr 2019 | 07:00
27 sentyabr 2019-cu il tarixdə, Goranboy rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə, Goranboy rayon Gənclər Evində növbəti əmək yarmarkası keçirildi. Əmək yarmarkasına 18 müəssisə üzrə 130 vakant iş yeri çıxarıldı. Yarmarka zamanı 17 nəfər müvafiq işlə təmin edildi.