Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində rayon Fövqəladə Hallar Komissiyasının Operativ müşavirəsi keçirildi.

08 sentyabr 2019 | 16:00

Goranboy rayon İcra Hakimiyyətində rayon Fövqəladə Hallar Komissiyasının
         Operativ müşavirəsi keçirildi.

7 sentyabr 2019-cu il tarixdə gecə saatlarından başlayan güclü leysan yağışları və  külək nəticəsində rayonun bir neçə yaşayış məntəqələrində fərdi yaşayış evlərinə, elektrik təsərrüfatlarına, sahibkarlıq obyektlərinə ,əkin və pambıq sahələrinə,yollara,  yolkənarı ərazilərə və körpülərə  ciddi ziyan dəymiş, nəticədə bəzi yaşayış məntəqələrinə elektrik enerjisi və təbii qazın verilişi dayanmışdır.

  Bununla əlaqədar olaraq Rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevin  rəhbərliyi ilə rayon Fövqəladə Hallar Komissiyasının təcili iclası çağrılmış və mövcud vəziyyət müzakirə edilmişdir.Yaranmış  fəsadların operativ surətdə aradan qaldırılması məqsədi ilə İcra başçısı tərəfindən   aidiyyəti məsul şəxslərə və təşkilatlara  təcili və ciddi tapşırıqlar verilmişdir.
Hazırda dəymiş  ziyanın və movcud problemlərin aradan qaldırılması üçün yerlərdə  əhatəli işlər aparılır.

 

Keçidlər