Şriftin ölçüsü :

Saytın rəngi :

Qarapirimli kəndinə təbii qaz verildi

09 avqust 2019 | 16:00

09 avqust 2019-cu il tarixdə Goranboy rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev Qarapirimli kəndinə təbii qazın verilməsi ilə bağlı keçirilmiş tədbirdə iştirak etdi və kənd sakinlərinə təbriklərini çatdırdı. Bildirdi ki, artıq rayonun yaşayış məntəqələrinin təbii qazla təminatı 95,6 faiz təşkil edir ki, bu rəqəm yaxın gələcəkdə 100 faizə çatdırılacaqdır. İcra başçısı qeyd etdi ki, bu sosial təminat dövlət başçısı cənab İlham Əliyevin Goranboya və goranboylulara xüsusi diqqətinin təzahürüdür.

 

Keçidlər