Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun Fəxralı kəndində olmuşdur.
07 avqust 2019 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun Fəxralı kəndində olmuş, bir qrup sakinlərlə görüşmüş, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun Fəxralı kəndi ərazisində yerləşən arıçılıq mərkəzində sənaye üsulu ilə yetişdirilən damazlıq “bozdağ” və “qonur” arı sortlarına baxış keçirmiş, arıçılığın inkişaf etdirilməsi ilə yaxından tanış olmuşdur.