Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Polis Günü ilə bağlı tədbir keçirildi.

02 iyul 2022 | 11:22

Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə, cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yaradılıb. 1998-ci ildən isə iyulun 2-si prezident, Ümummilli Lider  Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı və rayonun digər rəhbər şəxsləri  “02 iyul-Azərbaycan Polisi Günü” ilə bağlı rayon Polis şöbəsində keçirilən tədbirdə iştirak etdilər.

Prezident cənab İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və Dövlət Başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışan icra başçısı Məhərrəm Quliyev Polisin Peşə bayramı günü ilə bağlı, rayon Polis şöbəsinin rəhbər və bütün şəxsi heyyətini təbrik etdi.

Tədbirdə rayon Polis şöbəsinin əməkdaşlarının təqdimatında fiziki  döyüş hazırlığı nümayiş etdirildi və Polis şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və digər mükafatlar təqdim edildi.

 

Keçidlər