Goranboy rayon İcra Hakimiyyətində “ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyi” ilə bağlı seminar müşavirə keçirildi.
01 iyul 2022 | 12:36
Goranboy rayon İcra Hakimiyyətində ixrac neft və qaz boru kəmərlərinin Goranboy rayonu ərazisindən keçən hissəsinin təhlükəsizliyinin təmin edilməsi üzrə Goranboy RİH yanında fəaliyyət göstərən daimi komissiyanın iclası keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini və RİH-nin digər məsul şəxsləri, Strateji Obyektlərin Mühafizəsi Dövlət Xidmətinin regional şöbəsinin qrup rəhbəri, FHN, DİN və DTX-nin rayon şöbəsinin əməkdaşları və BP şirkətinin nümayəndəsi iştirak etdilər.