Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirildi
15 may 2019 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 15 may 2019-cu il tarixdə vətəndaşların qəbulunu keçirdi. Qəbulda idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Sakinlər öz problemlərini, təkliflərini səsləndiriblər. Vətəndaşların müraciətləri dinlənilmiş, səsləndirilən bir çox məsələlər həll edilmişdir. Digər məsələlərin həlli araşdırılaraq müvafiq qurumlara tapşırılmışdır.