Goranboy rayonunda Şəhid Milli Qəhrəmanlarının anım günü keçirildi.
03 may 2019-cu il tarixdə Goranboy rayonunda Şəhid Milli Qəhrənmanlar Aslanov Niyazi Şərəfxan oğu, Əliyev Yunis Əsgər oğlu, Ocaqverdiyev Sərxan Surxay oğlu və Hacıyev Fikrət Əli oğlunun anım günü keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və hərbi Xidmətə çağırışı üzrə Goranboy rayon şöbəsinin əməkdaşları, Qarabağ müharibəsi veteranları, şəhid ailələri və ağsaqqallar iştirak edirdilər. Tədbir Şəhidlər Xatirə Kompleksinə gül qoyma mərasimi ilə başladı, sonra Heydər Əliyev Mərkəzində davam etdi. Tədbirdə Şəhid Milli Qəhrəmanların ailə üzvəri öz çıxışlarında daim şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. Tədbir aprel döyüşlərinə həsr edilmiş video çarxın nümayişi ilə başa çatdı.