Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy Olimpiya İdman Kompleksində Şəhidlərimizin xatirəsinə həsr olunmuş idman turniri keçirildi.

30 iyun 2022 | 13:36

 

Goranboy rayon Gənclər və İdman idarəsi, Azərbaycan Budo Döyüş Növləri Federasiyası və Qala Çoxnövlü İdman Klubunun birgə təşkilatçılığı ilə Goranboy rayon Olimpiya İdman Kompleksində Şəhidlərimizin xatirəsinə həsr olunmuş budo döyüş növləri üzrə klublar arası açıq turnir keçirildi. Turnirdə 3 şəhər və 5 rayondan 14 komanda olmaqla, 150-dən çox idmanşı iştirakçı etdi. Yarışın sonunda qalib idmançlar mükafatlandırıldı. İdmançıların mükafatlandırılması tədbirində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və   Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyev iştirak etdilər. Turnirdə I, II və III yerləri tutmuş idmançılar diplom, medal kubok və müvafiq döyüş kəmərləri ilə təltif olundular.

Keçidlər