Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında, yeni inşa edilmiş 920 şagird yerlik Dəliməmmədli şəhər tam orta məktəbi sentyabrın 12-də istifadəyə verildi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında, Elm və Təhsil Nazirliyi tərəfindən yeni inşa edilmiş 920 şagird yerlik Dəliməmmədli şəhər tam orta məktəb binası 12 sentyabr 2022-ci il tarixdə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Elm və Təhsil nazirinin müavini Muxtar Məmmədovun iştirakı ilə istifadəyə verildi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğsısı ilə, Goranboy rayonunda da təhsilin inkişafı və rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının zənginləşdirilməsi ilə bağlı genişmiqyaslı işlər həyata keçirilmişdir. Son illərdə rayonumuzda 32 məktəb binası yenidən tikilmiş, 11 məktəb binası əsaslı təmir edilmişdir. 7 məktəb isə, o cümlədən cari ilin yanvarında istifadəyə verilmiş 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəbi də birbaşa Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında inşa edilmişdir. Bundan əlavə ötən ildə Abbasqulular və Gürzallar kəndlərində modul tipli məktəblər də istifadəyə verilmişdir.