Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr –Şəhidlərin Anım günü ərəfəsində, Goranboy rayonunun bütün Şəhidlər Xiyabanlarında və məzarlıqlarında təmizlik-abadlıq işləri aparılır.

23 sentyabr 2021 | 16:00

27 sentyabr –Şəhidlərin Anım günü ərəfəsində, Goranboy rayonunun bütün Şəhidlər Xiyabanlarında  və məzarlıqlarında təmizlik-abadlıq işləri aparılır.

Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən övladlarımızın  xatirəsi Goranboyda hər zaman əziz tutulur. Şəhidlərimizə, Qazilərimizə və onların ailə üzvlərinə həmişə diqqət və  qayğı göstərilir. Şəhidlərimizin uyuduğu Xiyaban və qəbirstanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların abadlaşdırılmasına, yenilənməsinə, əsaslı şəkildə təmir edilməsinə xüsusi önəm verilir.
27 sentyabr –Şəhidlərimizin Anım günü ilə bağlı, Respublikanın hər yerində olduğu kimi, Goranboyda da ümumrayon tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində, Şəhidlərimizin xatirəsinə etiram əlaməti olaraq,  rayonun Şəhidlər Xiyabanlarında və  bütün məzarlıqlarında təmizlik və abadlıq işləri aparılır.

 

Keçidlər