“27 sentyabr Anım günü” ilə bağlı, Borsunlu kəndində Vətən Müharibəsi şəhidlərimizin ailələri ziyarət edildi.
26 sentyabr 2024 | 14:12
“27 sentyabr Anım günü” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına əsasən, İcra Başçısı və Başçının müavinləri tərəfindən yaşayış məntəqələrində görüşlər keçirilir. Bu məqsədlə, rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva bir qrup ictimai fəallar ilə birgə, Borsunlu kəndində Vətən Müharibəsi şəhidlərimizin ailələrini evlərində ziyarət etdi.