“27 sentyabr-Anım Günü” ilə bağlı Balakürd kənd qəbirstanlığında şəhidlərimizin məzarları ziyarət olundu
“27 Sentyabr – Anım Günü” ilə bağlı Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərlərinin birgə iştirakı ilə Balakürd kənd qəbiristanlığında şəhidlərimizin məzarları ziyarət edildi. Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyuldu, onların əziz və unudulmaz xatirəsi ehtiramla yad edildi. Şəhidlərin Vətən qarşısında göstərdikləri qəhrəmanlıq və fədakarlığın Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı qeyd olundu. Daha sonra İcra başçısı şəhid ailələri ilə görüşərək onların sosial qayğıları və gündəlik həyatda qarşılaşdıqları məsələlərlə maraqlanaraq. müraciətlərini dinlədi. Qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verildi və müraciətlərin diqqətdə saxlanılması bildirildi. Görüşlərdə şəhid ailələrinə göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyi, onların sosial məsələlərinin daim diqqət mərkəzində saxlanılacağı vurğulandı. Qeyd edildi ki, şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, şəhid ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.








