Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Tap Qaraqoyunlu kəndində səyyar qəbul keçirdi.

12 aprel 2019 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 12 aprel 2019-cu il tarixdə Tap Qaraqoyunlu kəndinin əhalisi ilə görüş  keçirmişdir.
Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə,  müvafiq idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi. İcra başçısı sakinlərin onları narahat edən  problemlərini dinləmişdir. Problemlər əsasən işlə təminat, elektrik təchizatı, suvarma suyu ilə bağlı olmuşdur. Qaldırılan məsələlərlə bağlı İcra başçısı müvafiq tapşırıqlar verilmiş, icrası nəzarətə götürülmüşdür.

 

 

Keçidlər