Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan-Ermənistan sərhəddində baş verən erməni silahlı birləşmələrinin təxribatının qarşısının alınması zamanı yaralanan Goranboylu hərbiçinin ailəsi ziyarət olundu.

14 sentyabr 2022 | 11:48

 

Müdafiə Nazirliyinin müddətdən artıq hərbi qulluqçusu, Goranboy rayonu Nizami kənd sakini, 12.08.2000-ci  il təvəllüdlü, Rəhimov Yusif Mehman oğlu, 12 sentyabr 2022-ci il tarixdə Erməni silahlı birləşmələrinin təxribatı zamanı Laçın rayonu istiqamətində ayaq və baş nayihələrindən çox saylı qəlpə yaraları almış, ilkin olaraq Gəncə şəhər hərbi hospitalına  yerləşdirilmiş, sonra isə vəziyyəti ilə bağlı Bakı şəhəri Mərkəzi Hərbi Klinik Hospitalına aparılmış, hazırda müalicəsi davam etdirilir, səhhəti normaldır.

Goranboy rayon İcra Hakimiyyəti başçısının  tapşırığı ilə operativ olaraq, yaralı hərbi qulluqçunun səhhəti və ailəsi ilə maraqlanılmış, müalicə aldığı Hospitalla əlaqə saxlanılmış, Yusif Rəhimovun ailəsi Nizami kəndində ziyarət olunmuşdur.

Keçidlər