Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda kənd təsərrüfatı müşavirəsi keçirildi.

14 aprel 2022 | 16:00

Goranboy rayon İcra Hakimiyyətində, Kənd Təsərrüfatı Nazirliyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə,  kənd təsərrüfatı müşavirəsi keçirildi. Müşavirədə icra başçısı Məhərrəm Quliyev, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfael Quliyev, rayonun aidiyyəti xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, yerli bələdiyyələr, fermer və sahibkarlar  iştirak etdilər. Müşavirədə, əkin sahələrinin suvarılmasının təmin edilməsi zamanı suya qənaət məqsədi ilə müasir suvarma sistemlərinin tətbiqi, müasir əkinçilik mədəniyyətinin və texnologiyasının formalaşdırılması, gübrələrdən səmərəli istifadə, baramaçılığın inkişaf etdirilməsi və bu məqsədlə əlverişli saxlama yerlərinin və yem bazasının yaradılması, pambıq, tütün və taxıl məhsullarının becərilməsi məsələləri geniş müzakirə edildi. Qeyd olunan məsələlərlə bağlı, yerli fermer və sahibkarları maraqlandıran suallar cavablandırıldı.

 

Keçidlər