Qızılhacılı qəsəbəsində Aprel şəhidinin xatirəsinə inşa edilmiş “Şəhid bulağı” xatirə kompleksi istifadəyə verildi.
Goranboy rayonu Qızılhacılı qəsəbəsindən 2016-cı il Aprel döyüşlərinin şəhidi Bəxtiyar Hüseynovun xatirəsinin əbədiləşdirilməsi və ehtiram əlaməti olaraq, şəhidimizin ailəsinin və ictimai fəal Elçin Tağıyevin təşəbbüsü, rayon Həmkarlar Komitəsinin sədri Fizuli Almuradovun yaxından dəstəyi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, şəhidimizin adını daşıyan küçədə inşa edilmiş “Şəhid bulağı” xatirə kompleksinin istifadəyə verilməsi və büstünün açılışı ilə bağlı tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, şəhidimizin ailə üzvləri və digər şəhid ailələri, qazilər, bir qrup ictimai fəal, qəsəbə ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdlər.