Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Şəhid anasının təşəbbüsü və istəyi ilə, Qarasuçu kəndində ümumrayon iməciliyi keçirildi.

09 aprel 2022 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin  Hazırəhmədli kəndində vətəndaşlarla görüşü-səyyar qəbulu zamanı  Qarasuçu kəndindən Vətən Müharibəsi şəhidimiz Həsrətov Elməddin Sərdar oğlunun anası Simuzər xanımın təşəbbüsü  və istəyi  nəzərə alınaraq,  rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Şəhid ailələri, Qazilər və bir qrup ictimai fəalın iştirakı ilə, Qarasuçu kəndində Vətən Müharibəsi şəhidlərimiz Həsrətov Elməddin Sərdar oğlunun və Məmmədov Lətif Faiq oğlunun xatirəsinə həsr olunmuş ümumrayon iməciliyi keçirildi. İməcilikdə, Şəhidlərimizin xatirə portretlərinin ətrafında və yolkənarı ərazilərdə abadlıq işləri aparıldı,  100-dən çox  ağac əkildi.

 

Keçidlər