Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Balakürd və Nərimanlı kəndlərindən olan Aprel qazilərini ziyarət etdi.

06 aprel 2022 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı rayonun digər rəhbər şəxsləri və bir  qrup ictimai fəallarla birgə,  Balakürd və Nərimanlı  kəndlərindən olan  2016-ci ilin Aprel döyüşlərinin Qaziləri Cavadov Razi Vidadi oğlunu və Quliyev Tural Sabrəddin oğlunu ziyarət etdi, qazilərin və ailələrinin sosial qayğıları ilə maraqlandı. Müəyyən  dərman vasitələri ilə  təmin olunmaları və  fərdi yaşayış evinin tikintisi məqsədi ilə,  aidiyyəti üzrə YAŞAT Fonduna və Əmək və Əhalnin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciətlərin  ünvanlanacağı bildirildi. Sosial durumları nəzərə alınaraq, rayon İcra Hakimiyyəti tərəfindən Qazilərə maddi yardımlar göstərildi.

 

Keçidlər