Səfikürd kəndində səyyar qəbul keçirildi.
06 aprel 2022 | 00:50
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Səfikürd kəndində səyyar görüş keçirdi. Bir qrup kənd sakinlərini dinləyən icra başçısı mövcud problemlərin, o cümlədən elektrik enerjisi, təbii qaz, su, rabitə məsələlərinin həlli və kənd tam orta məkəbin əsaslı təmiri ilə bağlı, müzakirələr apardı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.