Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.

06 aprel 2022 | 01:02

Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə vətəndaş müraciətlərinə, mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin  təmin edilməsi, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili,  icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, Şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti barədə rüblük hesabat-arayışlar, RİH-nin illik İş Planında nəzərdə tutulmuş Şura məsələlərinin Başçı yanında Şuranın iclasında müzakirəyə təqdim edilməsi və həftə ərzində iclasın təşkili, Bələdiyyə torpaqlarının, xüsusən də örüş yerlərinin icarə vəziyyətinin təhlil edilməsi, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, Goranboy şəhərində və  Şəhidlər Xatirə Kompleksində aparılan yenidənqurma işləri, Aprel döyüşləri Şəhidimizin ildönümündə məzarının və ailəsinin ziyarəti,  bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması  məsələləri geniş müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verildi.

 

Keçidlər