Goranboylu idmançılar növbəti uğura imza atdılar.
04 aprel 2022 | 16:00
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Goranboy rayonunun Qaradağlı kəndindən olan yunan-Roma güləşçilərimiz Taleh Məmmədov (63 kq) gümüş və Həsrət Cəfərov (67 kq) bürünc medallara sahib çıxıblar. Bildiririk ki, bundan əvvəl Həsrət Cəfərov – 16 yaşında Yeniyetmələr arasında Avropa, 23 yaşadək güləşçilər arasında dünya çempionu adını, həmçinin gənclər arasında dünya çempionatının və MDB oyunlarının qızıl medallarını, Taleh Məmmədov isə - 2019-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Güləş üzrə Avropa Çempionatının bürünc, 2021-ci ildə Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa çempionatının gümüş medallarını qazanmışdır.