Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda əkin sahələrinin suvarma suyu təminatı diqqətdə saxlanılır.

02 aprel 2022 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri,  aidiyyəti xidmət sahələrinin rəhbərləri və məsul şəxslərlə  birgə,  Sol Sahil-Tərtər kanalı adlandırılan  ərazidə mövcud olan və rayonun Qızılhacılı qəsəbəsinin, Xan Qərvənd, Yeniyol, Təklə, Əlirzalı, Aşağı Ballıqaya, Boluslu, Eyvazlılar və Məşədiqaralar kəndlərinin  suvarma suyuna olan tələbatını təmin edən  hidrotexniki qurğuların cari vəziyyəti və mövcud su ehtiyyatları ilə yerində tanış oldu. İcra Başçısı mövcud su ehtiyyatlarından səmərəli və növbəli istifadə olunması, hidrotexniki qurğuların, su kanal və arxlarının vaxtında təmir və bərpa işlərinin həyata keçirilməsi ilə bağlı, aidiyyəti xidmət sahəsi rəhbərlərinə müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.

 

 

Keçidlər