Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “31 mart- azərbaycanlıların soyqırımı günü” ilə bağlı tədbir keçirildi.

01 aprel 2022 | 01:00

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, Goranboy şəhər Şəhidlər Xatirə Kompleksində  “31 mart- azərbaycanlıların soyqırımı günü” ilə bağlı, ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri və xidmət sahələrinin rəhbərləri, Şəhid ailələri və Qazilər, ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları Soyqırım qurbanlarının və ərazi bütövlüyümüzün təmin olunması və qorunması uğrunda canlarını fəda etmiş Şəhidlərimizin xatirəsini ehtiramla andılar. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev və digər natiqlər 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı xüsusi qəddarlıqla  kütləvi qırğınların törədildiyini, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlının qətlə yetirildiyini qeyd etdilər. Bildirildi ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamış və  martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmiş,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir.

 
 

 

Keçidlər