Goranboyda Novruz bayramı ümumrayon tədbirləri davam etdirilir.
20 mart 2022 | 16:00
Goranboy rayon icra hakimiyyəti və mədəniyyət şöbəsinin birgə təşkilatçılığı ilə, rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə Novruz bayramı ilə bağlı tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçının 1-ci müavini və digər vəzifəli şəxsləri, bir qrup ictimai fəallar, rayon mədəniyyət evinin incəsənət ustaları, Hərbi Hissənin rəhbər və şəxsi heyəti iştirak etdilər.
İncəsınət ustalarln ifasında bədii proqram nümayiş etdirildi və bayram tonqalı alovlandırıldı.