Goranboylular Novruz bayramını qeyd etdilər.
Goranboy şəhəri Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Novruz bayramı ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı, rayonun digər rəhbər şəxsləri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin və qeyri-hökumət təşkilatlarının rəhbərləri, Şəhid ailələri və Qazilərimiz, rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri, rayon mədəniyyət evləri və musiqi məktəblərinin kollektivləri iştirak etdilər.
Bayram təbrikində, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Şanlı Vətən müharibəsi ilə, torpaqlarımızın işğaldan azad edilməsindən sonra ərazi bütövlüyümüzün təmin olunmasını vurğulayan İcra Başçısı 30 ildən sonra ilk dəfə bütün torpaqlarımızda bayram tonqallarının qalandığını, güclü dövlət və qalib xalq kimi qürurla əsl bayram günlərini qeyd etdiyimizi diqqətə çatdırdı.
Bayram tonqalını Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev və Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov alovlandırdı. Tədbirdə mədəniyyət və incəsənət ustalarının ifasında bayram konserti, milli adət ənənələrimizi özündə əks etdirən folklor və milli mətbəximizin nümunələri, rayon Rəsm Qalereyasının təqdimatında rəsm sərgisi və idmançılarımızın müxtəlif növlər üzrə döyüş bacarıqları nümayiş etdirldi.