Goranboyda N saylı Hərbi Hissədə ilaxır çərşənbəsi qeyd edildi.
16 mart 2022 | 16:00
Goranboy rayon İcra Hakimiyyəti və Gəncə regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə Mədəniyyət şöbəsinin birgə təşkilatçılığı ilə, Novruz bayramı ümumrayon tədbirləri çərçivəsində rayonumuzun ərazisində yerləşən N saylı Hərbi Hissədə bayram tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, bir qrup ictimai fəallar, Hərbi Hissənin rəhbər və şəxsi heyəti iştirak etdilər, mədəniyyət və incəsənət ustalarının ifasında bayram konserti nümayiş etdirildi, bayram tonqalı qalandı.