Şriftin ölçüsü :

Saytın rəngi :

Tap Qaraqoyunlu kəndində 30 ildən sonra ilk dəfə əsl bayram tonqalı qalandı.

15 mart 2022 | 16:00

Vaxtı ilə düşmənlə təmas xəttində yerləşən və demək olar ki, sakinlərinin hər gün erməni silahlı birləşmələrinin odlu atəşləri təhlükəsi altında yaşayan Tap Qaraqoyunlu kəndində, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə, Rəşadətli  Azərbaycan Ordusunun torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda həyata keçirdiyi və dünya hərb tarixinə qızıl hərflərlə həkk olunmuş Şanlı Vətən müharibəsindən sonra ilk dəfə olaraq Bayram tonqalı qalandı.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri, xidmət sahələrinin rəhbərləri  və bir qrup ictimai fəallarla birgə Novruz bayramı ümumrayon tədbirləri şərçivəsində Tap Qaraqoyunlu kəndində oldu və ilk olaraq Vətən müharibəsi şəhidimiz Vəliyev Hidi Bəxtiyar oğlunun ailəsini ziyarət etdi. Sonra şəhid ailələri, qazilər və  kənd ictimaiyyəti nümayəndələrinin iştirakı ilə, bayram tonqalı qalandı. 30 ildən sonra ilk dəfə olaraq, möhtəşəm Zəfər sevinci ilə yandırılan bu bayram tonqalı kənd sakinləri üçün yeni, azad və xoşbəxt həyatın başlanğıcı kimi bir xoş təəsürrat yaratdı və Tap Qaraqoyunlular bu gözəlliyi bəxş edən Müzəffər Ali Baş Komandanımıza, Rəşadətli Ordumuza, Qazilərimizə dərin minnətdarlıqlarını,  Şəhidlərimizin də xatirəsinə böyük ehtiramlarını bildirdilər.

 

Keçidlər