Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda cari məhsul ili üçün pambığın müqavilə və şum işləri davam etdirilir.

10 mart 2022 | 16:00

Goranboy rayonunda kənd təsərrüfatının  bir çox  sahəsi kimi, pambıqçılıq da inkişaf etdirilir. Hazırda cari məhsul ili üçün pambığın müqavilə və şum işləri aparılır. Müqavilələr, rayonda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı fəaliyyət göstərən  “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC və “Goran-Cotton” MMC  ilə həyata keçirilir.  10.03.2022-ci il tarixə 602 müqaviləçi ilə  2561 hektar müqavilə bağlanmış və bundan  2556 hektar sahədə şum işləri həyata keçirilmişdir.

 

Keçidlər