Goranboyda “8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirildi, Şəhid ailələri evlərində ziyarət olundu.
07 mart 2022 | 16:00
Goranboy rayon Heydər Əliyev Mərkəzində “8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənən bir qrup xanımlar və rayon fəalları iştirak etdilər. Tədbirdə iştirak edən xanımlara hədiyyələr və rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi. Həmçinin rayon İcra Hakimiyyəti başçısının müavinləri bir qrup ictimai fəallarla birgə Vətən müharibəsinin şəhid ailələrini evlərində ziyarət etdilər, şəhid analarına və xanımlarına bayram hədiyyələri təqdim etdilər.