Şriftin ölçüsü :

Saytın rəngi :

Təqaüdə göndərilən dövlət qulluqçuları səmərəli fəaliyyətlərinə görə təltif edildilər.

05 mart 2022 | 16:00

Goranboy rayon İcra  Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə rayon icra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif edilmiş və pensiya yaşına görə vəzifə səlahiyyətlərinə xitam verilmiş bir qrup İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələrlə görüşdü. İcra Başçısı, vəzifə səlahiyyətlərini və verilən tapşırıqları intizam və  məsuliyyətlə yerinə yetirən Səfikürd, Xan Qərvənd  və Şadılı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə  vəzifələrində çalışmış Nizami Muradovu, Adil Şirinovu və Əkbər Hüseynovu təltifə görə təbrik etdi, onların iş fəaliyyətlərinin gənc kadrlar üçün örnək olduğunu vurğuladı və gələcək həyatlarında sağlamlıq və ailə səadəti arzuladı. Təltif olunan şəxslər də, özlərinin və ailələrinin adından İcra Başçısına səmimi  minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər