Goranboy rayon İcra Hakimiyyəti və Polis şöbəsi əməkdaşlarının birgə iştirakı ilə, yaşayış məntəqələrində, ictimai iaşə obyektlərində əhali arasında maarifləndirici təbliğat işləri aparılır.
03 mart 2022 | 16:00
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Goranboy rayonunda da həyata keçirilən vaksinasiya işlərinin sürətləndirilməsi və operativ təşkili məqsədi ilə, rayon İcra Hakimiyyəti və Polis şöbəsi əməkdaşlarının birgə iştirakı ilə, yaşayış məntəqələrində, ictimai iaşə obyektlərində əhali arasında maarifləndirici təbliğat işləri aparılır.