Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi.
03 mart 2022 | 16:00
Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi, onların müraciətləri dinlənildi. Rayon İcra Hakimiyyətinin Başçısı, müavinləri, aidiyyəti şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin yerində obyektiv araşdırılması ilə bağlı operativ və müntəzəm işlər görülür, Şəhid ailələri və Qazilərin müraciətlərinə isə xüsusi diqqət göstərilir.