Goranboy rayonunda “Od Çərşənbəsi” qeyd edildi
Goranboy rayon İcra Hakimiyyəti və Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Qarqucaq kəndində Novruz bayramı ümumrayon tədbirləri çərçivəsində od çərşənbəsi bayram tədbiri keçirildi. Tədbirdə İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. İcra başçısı tədbir iştirakçılarını, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək can sğlığı, bol ruzi və sülh-əmin-amanlıq arzuladı. Tədbirdə rayonumuzun mədəniyyət işçilərinin və incəsənət ustalarının ifasında bayram proqramı, folklor nümunələri təqdim edildi, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirildi.