Aşağı Ağcakənd qəsəbəsində də Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
26 fevral 2022 | 16:00
Tədbirdə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Xocalı şəhər icra hakimiyyəti başçısının müavinləri, Şəhid ailələri və Qazilər, bir qrup ictmai fəallar iştirak etdilər.
Tədbir iştirakçıları öncə Xocalı abidəsini ziyarət etdilər, sonra faciə qurbanlarının xatirəsinə həsr olunmuş rəsm sərgisi və ədəbi-bədii kompozisiya nümayiş etdirildi.