Goranboy rayonunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
26 fevral 2022 | 16:00
Xocalıların müvəqqəti məskunlaşdığı Goranboy şəhəri Yeni yaşayış massivində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi, Soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə tər gül dəstələri qoyuldu. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı, Xocalı şəhər icra Hakimiyyəti başçısının birinci müavini, rayonun digər rəhbər şəxsləri, faciənin canlı şahidləri, şəhid ailələri, qazilər və Goranboy və Xocalı rayon ictimaiyyətlərinin nümayəndələri iştirak etdilər.