Goranboy rayon icra hakimiyyətində iclas keçirildi.
Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısının birinci müavininin, Aparatın digər müavin və şöbə müdirlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndələrin iştirakı ilə, yerlərdə vətəndaş müraciətlərinə həssas və operativ yanaşılması, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların yenidən dəqiqləşdirilməsi və Statistika Komitəsinin Elektron Sisteminə işlənilməsi, nümayəndəliklərdə müvafiq nomlenklatura üzrə mövcud sənəd və kitabların qanuna müvafiq qaydada düzgün işlənilməsi və Novruz bayramı ərəfəsində yerlərdə, yolkənarı ərazilərdə, xüsusən də şəhidlər xiyabanlarında abadlıq işlərinin aparılması ilə bağlı ərtaflı müzakirələr aparıldı, qeyd olunan məsələlərlə bağlı icra başçısı Məhərrəm Quliyevin müvafiq tapşırıq və tövsiyyələri çatdırıldı.