Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsəbənin su problemi həll edilir

24 fevral 2022 | 16:00

Goranboy rayonu su problemi olan rayonlar sırasındadır. Odur ki, rayonda istər içməli, istərsə də əkin sahələrinin suvarma suyu ilə təminatı üçün ardıcıl müxtəlif tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamı çərçivəsində Goranboyda görülən işlər sayəsində əhalinin su təminatı nisbətən qaydaya salınmışdır. Elə bu günlər rayonda daha bir qəsəbəyə - Qazanbulaq qəsəbəsinə su çəkilişinə başlanılmışdır. Qəsəbənin 7 kilometr uzunluğunda olan mərkəzləşdirilmiş içməli su şəbəkəsi yenidən qurulur, əsas və daxili su boruları yenilənir. İşlər başa çatdırıldıqdan sonra qəsəbədə 196 abonent fərdi  qaydada dayanıqlı içməli su təchizatı ilə təmin ediləcəkdir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Keçidlər