Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi Qazilərimiz, Qaramusalı kəndindən Hüseynov Tural Araz oğlu və Nərimanlı kəndindən Ələkbərov Amid Bayram oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

21 fevral 2022 | 16:00

Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə, Vətən müharibəsi Qazilərimiz,  Qaramusalı kəndindən Hüseynov Tural Araz oğlu  və Nərimanlı kəndindən  Ələkbərov Amid Bayram oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi ilə birgə, Qazilərimizlə görüşdü və medalları onlara təqdim etdi.

Həmçinin, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü ilə bağlı,   İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilən  rayon şöbəsinin bir qrup əməkdaşları  təbrik edildi.

 

 

Keçidlər