Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə, Səfikürd kəndindən Vətən müharibəsi şəhidimiz Behbudov Nofəl Həmid oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə, Səfikürd kəndindən Vətən müharibəsi şəhidimiz Behbudov Nofəl Həmid oğlu “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi və bir qrup ictimai fəallarla birgə, Səfikürd kəndində şəhidimizin ailəsini ziyarət edərək medalı şəhidimizin atasına təqdim etdi. XTQ əsgəri Behbudov Nofəl Həmid oğlu Şuşa uğrunda gedən döyüşlərdə, 19 yaşında qəhrəmancasına şəhid olmuş, “Rəşadət” ordeni, "Cəsur döyüşçü", "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.