Goranboy rayonunda “2 fevral Gənclər Günü” ilə bağlı tədbir keçirildi.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin, rayonun digər rəhbər şəxslərinin, bir qrup rayon ziyalılarının və gənclərinin iştirakı ilə, “2 fevral Gənclər Günü” ilə bağlı tədbir keçirildi. Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Goranboy şəhəri 1 nömrəli tam orta məktəbin akt zalında davam etdirildi.
Tədbirdə çıxış edən İcra Başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini, gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunduğunu, onların faydalı məşğulluğunun təmin edilməsini və dövlət idarəçiliyi sistemində iştirakının daha da artırılması istiqamətlərində işlərin görüldüyünü, xüsusən də, 44 günlük Şanlı Vətən müharibəsində gənclərimizin - Şəhid və Qazilərimizin fədakarlığını, vurğuladı.
Sonda müxtəlif sahələrdə çalışan bir sıra gənc, o cümlədən 44 günlük Şanlı Vətən müharibəsinin Qaziləri, uğurlu xidmətlərinə görə Goranboy rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı ilə təltif edildilər.