Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraçinar kənd tam orta məktəbində əsaslı təmir, yenidənqurma işlərinə başlanılmışdır.

21 yanvar 2022 | 01:00

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Qaraçinar kənd tam orta məktəbində əsaslı təmir, bərpa-yenidənqurma işlərinə başlanılmışdır.

Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev aparılan işlərlə bağlı Qaraçinar kənd tam orta məktəbində oldu, iş icraçıları ilə görüşdü, işlərin keyfiyyətlə və texniki tələblərə uyğun həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyyələrini bildirdi.

 

Keçidlər