Goranboy rayonunda COVID-19 xəstəliyi əleyhinə 3-cü doza vaksinasiya işləri sürətlə davam etdirilir.
Goranboy rayonunda koronovirus (COVİD-19) pandemiyasının qarşısının alınması, yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə, rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon Polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəall və könüllülərin iştirakı ilə yaradılmış Mobil Qruplar tərəfindən gündəlik monitorinqlər aparılır, maarifləndirici təbliğat işləri həyata keçirilir. Bu əməli tədbirlərin müntəzəm davam etdirilməsi, o cümlədən tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əməl olunması diqqətdə saxlanılır.
Goranboy rayonunda COVİD-19 Pandemiyası ilə əlaqədar olaraq, ümumilikdə, 30024 tibbi test keçirilmiş, bundan 6819 nəfərində diaqnoz təsdiqlənmişdir. 6617 nəfəri sağalmış, 128 nəfər vəfat etmişdir. Hazırda ev şəraitində müalicə alan 74 nəfər aktiv xəstə qeydiyyatdadır.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Goranboy rayonunda da əhali arasında vaksinasiya işləri davam etdirilir. 29 dekabr 2021-ci il tarixə rayon üzrə ümumilikdə, 116183 doza istifadə olunmuşdur. Bundan: 1-ci doza-53426, 2-ci doza-48631, 3-cü doza-14126 təşkil edir.
Yeni növ Covid-19-un – mutasiyaya uğramış Omicron virusunun yayılma təhlükəsinin artması hər birimizdən bu məsələyə ciddi yanaşmağımızı və pandemiyaya qarşı mübarizə tədbirlərinə əməl etməyimizi tələb edir. Virusdan qorunmaq üçün ən təsirli vasitə isə peyvənd olunmaqdır. Bu məqsədlə, vaksinasiya prosesində fəal iştirak etməyinizi tövsiyyə edirik.