Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.
Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, 2022-ci ilin ilk Aparat müşavirəsi keçirildi. Müşavirədə vətəndaş müraciətlərinə baxılması,xüsusən də Şəhid ailələri və Qazi müraciətlərinin operativ yerində araşdırılması və həlli, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların işlənilməsi, 2021-ci ildə görülmüş işlər və 2022-ci ildə görülməsi nəzərdə tutulan işlər ilə bağlı hesabat məruzəsinin hazırlanması və rayon ərzasində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yolkənarı ərazilərdə təmizlik işlərinin aparılması istiqamətlərində ərtaflı müzakirələr aparıldı. İcra Başçısı qeyd olunan sahələr üzrə daha məsuliyyətli və səmərəli işlərin görülməsi məqsədi ilə, ciddi tapşırıq və tövsiyyələrini bildirdi.