Qarqucaq kəndindən Vətən müharibəsi şəhidimiz Aslanov Rəşad Taryel oğlunun ildönümündə məzarı ziyarət olundu.
27 dekabr 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısının müavini Rafət Qurbanov, Milli Məclisin deputatı Anar Məmmədov, rayonun digər rəhbər şəxsləri, Qazilər və bir qrup ictimai fəallar Qarqucaq kəndində Vətən müharibəsi Şəhidi Aslanov Rəşad Taryel oğlunun ildönümü ilə bağlı, Şəhidimizin ailə üzvləri ilə birgə məzarını ziyarət etdilər, ruhuna dualar oxudular, əziz xatirəsini andılar.